Xalq artisti müayinə üçün yenidən Türkiyəyə gedəcək | DEFAKTO.AZ Xalq artisti müayinə üçün yenidən Türkiyəyə gedəcək – DEFAKTO.AZ

Xalq artisti müayinə üçün yenidən Türkiyəyə gedəcək

162

Xalq artisti Ağadadaş Ağayevin səhhəti yaxşılaşıb.

Defakto.az bildirir ki, bu barədə Milli.az-a müğənninin oğlu Səbuhi Ağayev məlumat verib.

O, atasının hazırda toy məclislərində də iştirak etdiyini bildirib: “Həkimlər deyir ki, onun səhhəti yaxşılığa doğru gedir. Elə özümüz də bunu müşahidə edirik. Atam xəstəliyin ilk vaxtlarından üç aydan bir müayinə üçün Türkiyəyə gedirdi. Avqustun 20-dən sonra yenidən İstanbula gedəcək. Bu müayinədə xəstəliyin müalicəsində irəliləyişlə bağlı diaqnoz qoyulacaq”.

Qeyd edək ki, Xalq artisti uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir