Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb – FOTO | DEFAKTO.AZ Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb – FOTO – DEFAKTO.AZ

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb – FOTO

6




Bakının Xətai rayonundakı M.Hadi küçəsində fəaliyyət göstərən “Qutab peraşki” un məmulatlarının emalı və satışı müəssisəsində plandankənar yoxlama aparılıb.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən DEFAKTO.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi ilə bağlı tələblərə əməl edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, eyni zamanda, işçilərin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.