İlham Əliyev: “Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” | DEFAKTO.AZ İlham Əliyev: “Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” – DEFAKTO.AZ

İlham Əliyev: “Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq”

6




“İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq”.

DEFAKTO.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

Dövlətimizin başçısı bildirib: “Eksklavlar məsələsi başqadır, çünki o, daha mürəkkəbdir. Həmin eksklavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimitasiya prosesində həll olunmalıdır”.