Şəmkirin Tatarlı kəndində baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.
DEFAKTO.az-ın əldə etdiyi məlumata əsasən, Ayşən Həsənovanın xəstəxana qeydiyyatı olmasa da, psixoloji problemlərinin olduğu bildirilir. İntiharın da məhz bu səbəbdən baş verdiyi deyilir.
Xatırladaq ki, ötən gün kənd sakini, 1997-ci il təvəllüdlü Ayşən Həsənova yaşadığı evin həyətindəki tövlədə kəndirlə özünü asıb.
Faktla bağlı araşdırma aparılır.
Almaz Qasımova