Şimali Koreya tarixində ilk: Nüvə zərbəsinin imitasiyası təlimi keçirildi – FOTO | DEFAKTO.AZ Şimali Koreya tarixində ilk: Nüvə zərbəsinin imitasiyası təlimi keçirildi – FOTO – DEFAKTO.AZ

Şimali Koreya tarixində ilk: Nüvə zərbəsinin imitasiyası təlimi keçirildi – FOTO

1




Şimali Koreya 600 mm-lik çoxsaylı buraxılış raket sistemindən istifadə edərək ölkə tarixində ilk dəfə nüvə əks-hücumu ilə bağlı taktiki təlimlər keçirib.

Bu barədə KXDR-in Mərkəzi Teleqraf Agentliyi (KCNA) xəbər yayıb.

Bildirilib ki, manevrlərə ölkə lideri Kim Çen In rəhbərlik edib

Təlim çərçivəsində simulyasiya edilmiş nüvə başlığı ilə atışlar həyata keçirilib. Sursatlar 352 kilometr məsafədə hədəf adaya dəqiq zərbələr endirib.

Manevrlərin məqsədi KXDR-in nüvə silahlı qüvvələrinin etibarlılığını və qüdrətini, habelə ölkənin nüvə arsenalının kəmiyyət və keyfiyyətcə gücləndirilməsini nümayiş etdirmək olub.

Mənbə: TASS