Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar – FOTO | DEFAKTO.AZ Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar – FOTO – DEFAKTO.AZ

Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar – FOTO

4




Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlər zamanı Oruc Hacıyev saxlanılıb.

Ondan satış üçün hazır bükümlərdə qablaşdırılmış heroin aşkarlanıb. O.Hacıyevin narkotik vasitəni həmyerlisi Amid Nəzərlidən aldığı müəyyən edilib. Tədbirlərin davamı olaraq A.Nəzərli də saxlanılıb. Onun üzərindən və evindən ümumilikdə beş kiloqramdan artıq metamfetamin, heroin və marixuana aşkarlanıb.

Araşdırmalarla A.Nəzərlinin həmin narkotik vasitə və psixotrop maddəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiyi müəyyən olunub.

Faktla bağlı araşdırmalar aparılır.