İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq” | DEFAKTO.AZ İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq” – DEFAKTO.AZ

İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”

1




“Rəsmi Tehran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmətlə yanaşır”.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani aprelin 23-də jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın bir-birinin suverenliyi, ərazi bütövlüyünə qarşılıqlı hörmət çərçivəsində sülh yolu ilə sərhəd məsələlərinin həlli istiqamətində səylərini davam etdirməsi, davamlı sülh və sabitliyin Cənubi Qafqazda bərqərar olması üçün zəruridir.

Mənbə: ISNA