Elmlər Akademiyasının qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? – AÇIQLAMA + FOTO | DEFAKTO.AZ Elmlər Akademiyasının qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? – AÇIQLAMA + FOTO – DEFAKTO.AZ

Elmlər Akademiyasının qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? – AÇIQLAMA + FOTO

2




“Elmlər Akademiyasının qarşısındakı parkda yerə bərkidilmiş oturacaqlar yoxa çıxıb”.

Bu barədə Moderator.az-a Bakı sakinləri bildiriblər.

“Gündə bir oturacaq yoxa çıxır. Təxminən 2 aya yaxındır eyni vəziyyət hökm sürür. Hava isti keçir, şəhər sakinləri harada dincəlsinlər?! Qalan oturacaqlar isə sıradan çıxıblar”, – deyə sakinlər qeyd ediblər. 

Mövzu ilə bağlı parkın rəhbərliyindən bildirilib ki, cari təmirlə əlaqədar olaraq zədələnmiş, qırılmış oturacaqlar oradan götürülüb:

“Təmir olunandan sonra yerinə qaytarılacaq. Axşamlar uşaqlar orada futbol və voleybol oynayırlar, oturacaqların çoxunu onlar zədələyiblər. Başqa bir səbəb yoxdur. Ən qısa zamanda həmin oturacaqlar yerində olacaq. Bəlkə də gələn həftə içində təmir yekunlaşacaq”.