Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb – FAKTİKİ HAVA | DEFAKTO.AZ Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb – FAKTİKİ HAVA – DEFAKTO.AZ

Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb – FAKTİKİ HAVA

4




Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

DEFAKTO.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 23-ü saat 09:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb. Şahdağa sulu qar yağıb.

Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakəndə 14 mm, Şəkidə 8 mm, Qrızda 6 mm, Qax, Göygöl, Ağsu, Daşkəsən, Gədəbəy, Şəmkir, Ceyrançöl, Oğuz, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Astara, Mingəçevirdə 5 mm-dək olub.

Aprelin 22-də şimal-qərb küləyi arabir Balakən, Naftalanda 18 m/s, Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 22 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19-24, Naxçıvan MR-da 24-29, Aran rayonlarında 29, dağlıq rayonlarda 20 dərəcəyədək isti olub.