Türkiyə Superliqası: “Fənərbağça” qələbəni son anda əldən verdi – VİDEO | DEFAKTO.AZ Türkiyə Superliqası: “Fənərbağça” qələbəni son anda əldən verdi – VİDEO – DEFAKTO.AZ

Türkiyə Superliqası: “Fənərbağça” qələbəni son anda əldən verdi – VİDEO

4




Türkiyə Superliqasında 33-cü tura yekun vurulub.

Günün yeganə oyununda çempionluq mübarizəsi aparan “Fənərbağça” səfərdə “Sivasspor”la qarşılaşıb. Görüşdə qalib müəyyən edilməyib – 2:2.

Hesabı 45+2-ci dəqiqədə qonaqların heyətindəki Fred açıb. 57-ci dəqiqədə Koita tablodakı rəqəmləri bərabərləşdirib. 80-ci dəqiqədə Kahveci qonaqları önə keçirib. 90+4-cü dəqiqədə isə Manaj penaltidən oyunun nəticəsini müəyyənləşdirib.

Beləliklə də, xallarını 86-ya çatdıran “Fənərbağça” turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Sivasspor” isə 44 xalla onuncu yerdədir. Turnir cədvəlinə 90 xalla “Qalatasaray” başçılıq edir.