Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu – VİDEO | DEFAKTO.AZ Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu – VİDEO – DEFAKTO.AZ

Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu – VİDEO

2




“Qarabağdan çıxan Rusiya sülhməramlılarının karvanı Ermənistanın Sünik rayonunun Qoris və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb”.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Ermənistan hökuməti vaxtilə Rusiyanın sülhməramlı birləşmələri Qarabağa gəldikdə onlar üçün müvəqqəti yerləşdirmə məntəqələri ayırıb. İndi Qarabağdan çıxan sülhməramlılar həmin məntəqələrə qayıdıblar. Rusiya sülhməramlı qoşunları Qarabağı tərk edir. Təbii ki, onlar Ermənistanda da qala bilməzlər. Odur ki, hazırda həmin məntəqələrin bağlanması üzrə iş gedir. Sülhməramlılar məhz bu məntəqələrin sökülməsi üçün ora qayıdıblar”, – deyə Qriqoryan deyib.

Mənbə: TASS