DÇ-2022: Seçmə mərhələ oyunlarında qonaq komandanın azarkeşləri olmayacaq | DEFAKTO.AZ DÇ-2022: Seçmə mərhələ oyunlarında qonaq komandanın azarkeşləri olmayacaq – DEFAKTO.AZ

DÇ-2022: Seçmə mərhələ oyunlarında qonaq komandanın azarkeşləri olmayacaq

85

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə sentyabrda baş tutacaq seçmə oyunlarına qonaq komandaların azarkeşləri buraxılmayacaq.

“Defakto.az” BBC-yə istinadən xəbər verir ki, bu barədə UEFA və FIFA qərar çıxarıb.

Qərar qitədə koronavirusa yoluxmanın artması ilə əlaqədardır. Oktyabr və noyabrdakı qarşılaşmalarla bağlı isə müzakirə aparılacaq.

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda yer alan Azərbaycan millisi sentyabrın 1-də Lüksemburqun, 4-də İrlandiyanın qonağı olacaq, 7-də isə Portuqaliyanı qəbul edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir