Aprelin 17-də saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi “Howo” markalı avtomobillə yolun kənarı ilə gedən 35-40 yaşlı qadını vurub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Baku.ws-in sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Ürəyi zəif olanların videoya baxmaması tövsiyə olunur.