Azərbaycanda bankların əmanət portfeli üç ayda 262 milyon manatdan çox artıb | DEFAKTO.AZ Azərbaycanda bankların əmanət portfeli üç ayda 262 milyon manatdan çox artıb – DEFAKTO.AZ

Azərbaycanda bankların əmanət portfeli üç ayda 262 milyon manatdan çox artıb

17




2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun depozit portfeli 34,81 milyard manat təşkil edib.

DEFAKTO.az-nın hesablamalarına görə, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 0,8% və ya 262,1 milyon manat çoxdur. 2024-cü ilin əvvəlində bu rəqəm 34,55 milyard manat təşkil edib.

Qeyd edək ki, bank sektorunun depozit portfelinin 66%-i ən böyük üç bankın payına (ABB, “PAŞA Bank”, “Kapital Bank”) düşüb. 13 bankın əmanət portfeli üzrə bazar payı 1-7% arasında, yeddi bankın bazar payı isə 1%-dən aşağıdır.