İkiqat vergitutma aradan qaldırılır: Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq? – VİDEO | DEFAKTO.AZ İkiqat vergitutma aradan qaldırılır: Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq? – VİDEO – DEFAKTO.AZ

İkiqat vergitutma aradan qaldırılır: Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq? – VİDEO

16

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq




Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq.

Milli Məclisdə bununla bağlı sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılacaq.

Bəs, ikiqat vergitutmanın aradan qaldırılmasının əhəmiyyəti nə olacaq?

İqtisadçı Eyyub Kərimli bildirib ki, ikiqat vergitutmanın aradan qaldırılması Türkiyədən idxal olunan məhsulların ucuzlaşmasına səbəb olacaq:

“Bu dəyişiklik, həmçinin Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələrinin daha da genişlənməsinə və şaxələndirilməsinə imkan verəcək. Digər tərəfdən bizim məhsulların Türkiyə bazarında rəqabət qabiliyyətini artıracaq”.

Qeyd edək ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2023-cü ildə Türkiyə Azərbaycana ən çox idxalın həyata keçirildiyi üç ölkədən biri olub.

Daha ətraflı Baku TV-nin süjetində: