Azərbaycan banklarının xalis mənfəəti 313 milyon manata çatıb | DEFAKTO.AZ Azərbaycan banklarının xalis mənfəəti 313 milyon manata çatıb – DEFAKTO.AZ

Azərbaycan banklarının xalis mənfəəti 313 milyon manata çatıb

4




2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun xalis mənfəəti 312,7 milyon manat təşkil edib.

DEFAKTO.az xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 16,7% və ya 44,8 milyon manat çoxdur. Ötən ilin eyni dövründə bu rəqəm 267,9 milyon manat təşkil edib. Bu ilin ilk rübündə sektorun əməliyyat mənfəəti isə 463,7 milyon manat təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 18,3% və ya 71,7 milyon manat çoxdur.

2023-cü ilin ilk rübündə Azərbaycan banklarının əməliyyat mənfəəti 392 milyon manat təşkil edib.