Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA | DEFAKTO.AZ Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA – DEFAKTO.AZ

Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA

2




“Almaniya Azərbaycan və Ermənistan arasında dayanaqlı sülhə gedən yolu dəstəkləmək üçün bütün mümkün dəstəyi verməyə hazırdır”.

Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımda bildirilib.

“Azərbaycan və Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin demarkasiyasına dair razılıq əldə etməsi sülh sazişinə gedən yolda böyük maneəni aradan qaldırır. Almaniya davamlı sülhə gedən yolu dəstəkləmək üçün bütün mümkün dəstəyi verməyə hazırdır”, – deyə paylaşımda qeyd olunub.