Vüqar Muradov: “Cavanşir Məmmədov mənim ağsaqqalım idi” | DEFAKTO.AZ Vüqar Muradov: “Cavanşir Məmmədov mənim ağsaqqalım idi” – DEFAKTO.AZ

Vüqar Muradov: “Cavanşir Məmmədov mənim ağsaqqalım idi”

3




“Cavanşir Məmmədov mənim ağsaqqalım idi”.

Bunu DEFAKTO.az-a açıqlamasında müğənni Vüqar Muradov deyib. 

O, mərhum Əməkdar artistin dəfn mərasimində iştirak edib və bildirib ki, atasını itirən zaman Cavanşir Məmmədov ona bir əmi kimi qayğı göstərib:

“Atam vəfat edəndə Cavanşir əmi mənim yanımda oldu ilk gündən. Nə dəstək lazımdır, göstərdi. Dedi ki, sənin əmin ölməyib, həmişə yanındayam. Mən xaricdə yarışda iştirak edib qələbə qazanmışdım. Məni öz “Rolls Royce” avtomobili ilə özü gəlib gətirdi. Çox üzülürəm ki, bu gün onun dəfn mərasimində iştirak edirəm”.

Vüqar Muradov, həmçinin, dələduzluğa məruz qalmasından da söz açıb:

“Bildiyiniz kimi, nömrə satışı ilə məşğul olan şəxs mənə qarşı dələduzluq edib, mən şikayət etmişəm, amma hələ də bir nəticə yoxdur.

Həmçinin, evimdə çalışan usta da məndən xeyli miqdarda pul aldı, dedi, övladım xəstədir. Sonra yoxa çıxdı və nömrəsini dəyişdi. Polisə şikayət etsəm də, adamı hələ də tapa bilməyiblər. Heç bir nəticəsi yoxdur”.

Xatırladaq ki, Əməkdar artist Cavanşir Məmmədov bu gün qəfil vəfat edib. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Rövşən Əsədov