Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olundu – VİDEO | DEFAKTO.AZ Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olundu – VİDEO – DEFAKTO.AZ

Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olundu – VİDEO

3




Meksikanın “Tiqres” klubunun qapıçısı ölkə çempionatında tribunadan rəqibinin gözünə lazer işığı saldığı üçün 11 oyunluq diskvalifikasiya olunub.

Bu barədə Meksika Futbol Federasiyasının saytında məlumat verilib.

Hadisə aprelin 13-də “Monterrey”lə oyunda (2:2) baş verib. Qusman oyunda iştirak etməyib, lakin tribunada olarkən rəqib qapıçı Esteban Andradeyə müdaxilə etməyə çalışıb – onun gözünə lazer işığı salıb.

Argentinalının bu davranışı stadionun müşahidə kameraları və bir neçə azarkeş tərəfindən qeydə alınıb.

Qusman həm də cərimə ödəməli və liqa üçün ictimai xidmət göstərməli olacaq. Cərimənin məbləği və onun hansı ictimai işə cəlb olunacağı açıqlanmır.

Həmçinin Andrade də cəzasız qalmayıb. O, oyundan sonra sosial şəbəkə vasitəsilə Qusmanı təhqir etdiyi üçün cərimələnib.

Mənbə: RBK