Türkiyə Super Liqasının 33-cü turunda “Beşiktaş” “Ankaragücü”nü qəbul edib.
Matçda hesab 18-ci dəqiqədə açılıb. Ev sahiblərinin heyətində Muçi fərqlənib. 67-ci dəqiqədə Muleka fərqi artırıb. Oyun elə bu hesabla da başa çatıb – 2:0.
Beləliklə də, hazırda “qara qartallar” 51 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıblar. Paytaxt klubu isə 31 xalla 13-cüdür.