Baku TV-nin əməkdaşı Gülnar Muradovanın təqdimatında “Yer kürəsinin nəhəngləri” adlı araşdırma efirə gedib.
Araşdırmada qədim yazılarda adı keçən nəhəng insanlar, div cüssəli varlıqlardan bəhs olunub.
Qeyd olunub ki, İncildə Nuhun gəmisinə rişxənd edən qövm haqqında pritça var. Onlar elə zənn edirdilər ki, boylarının hündür olmasına görə suda batmayacaqlar. Rəvayətlərə inansaq, Nuh öz gəmisinə Uucca adlı nəhəngi də götürmüşdü.
Həmin Uucca ki, Nuh peyğəmbərə gəmi inşa etməkdə kömək etmişdi. Maraqlıdır ki, Cənubi Yəməndə nəhənglər şəhəri – Ubarın xarabalıqları var. Deyilənlərə görə, bura Quranda Ahkəf adı ilə qeyd edilən, Yəmən ilə Umman arasında yerləşən çoxmərtəbəli evləri, möhtəşəm sarayları və məşhur İrəm bağları ilə tanınan bir şəhər olub.
İndiyə qədər müxtəlif yerlərdə tapılan nəhəng insan skeletləri müasir insan formalarından dəfələrlə böyükdür. Elbrus dağları ərazisində yüzlərlə belə məzarlar aşkarlanıb. Qədim dövrlərdə Qafqaz ərazisində nəhəng insanların yaşadığına dair faktlar dəqiqdir.
Belə nəhəng insanların dəfn edildiyi məzarlıqlar da nəhəng daşlarla tikilib.
Qəbirlərin üzərində beş ton çəkisi olan plitələrə rast gəlinir. Belə bir sual yaranır: həmin daşlar xüsusi texnikasız orada necə peyda olub?
Ətraflı süjetdə: