Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Bakıdakı ofisi ilə tanış olub.
DEFAKTO.az-nın məlumatına görə, əvvəlcə qonaqlara təşkilatın əsas fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, o cümlədən qarşıya qoyulan məqsədlərlə bağlı ətraflı məlumat verilib.
Bildirilib ki, 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının sayca XVIII sammiti 24-25 oktyabr 2019-cu il tarixlərində hərəkatın ilk Gənclər sammitinin Qoşulmama Hərəkatının Bakı Sammitindən ayrıca bir tədbir kimi keçirilməsi təşəbbüsünü dəstəkləyib.
Eyni zamanda, həmin mərasimdə hərəkatın Gənclər Şəbəkəsinin yaradılması təklifi müsbət qarşılanıb.
Bu təşkilat Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq 25-29 iyul tarixlərində keçirilən Gənclər Sammiti çərçivəsində, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunan Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin əsasında yaradılıb.
Sammitin Şuşa sessiyası çərçivəsində daimi katibliyi Bakıda yerləşəcək Qoşulmama Hərəkatının Gənclər Təşkilatının əsasnaməsi, loqosu və bayrağı təsdiq edilib.