Şahdağın yaz qoxulu ecazkar MƏNZƏRƏSİ – FOTO | DEFAKTO.AZ Şahdağın yaz qoxulu ecazkar MƏNZƏRƏSİ – FOTO – DEFAKTO.AZ

Şahdağın yaz qoxulu ecazkar MƏNZƏRƏSİ – FOTO

23




Böyük Qafqazın cənub yamaclarında yerləşən və Oğuz rayonunun Baş Daşağıl kəndini əhatə edən Milli Parkın hər səhəri gözəl bir mənzərə ilə açılır. 

Bizim.media-nın yerli bürosu xəbər verir ki, Ramazan tətili günlərində yerli və xarici turistlərin bu məkanı ziyarət etməsi üçün hər cür şərait yaradılıb.  

Rəsmlərdən və kadrlardan da göründüyü kimi maraqlı iqlim qurşağında yerləşən Milli Parkda insanlar səhər tezdən bir qədər zirvəyə doğru qalxsalar, qarın içərisindən boylanan çiçəklərlə qarşılaşa bilərlər. Digər bir mənzərədə isə şehli, qırov tutan çiçəklər də insanı özünə cəlb edir. 

Milli Parkın əməkdaşı Niyazi Kərimov deyib ki, bu məkanda insanlar bir günlərini keçirməklə əsl hüzur tapacaq, ruh dincliyinə qovuşacaqlar: 

“Milli Parka daxil olduqları andan turistlər yaşıllığa qərq olur, meşəlik və onların arasında biri digərini əvəz edən balaca talalardakı çəmənliklər göz oxşayır. Quşların nəğməsi ilə müşayiət olunan buradakı müxtəlif gül növləri, hər birinin də öz qoxusu insanı valeh etməyə bilmir. Hələ sizi qarşıda dağ turu və orada çayın, bulağın, şəlalənin həzin şırıltısı da gözləyir”.