Madriddə yerli “Atletiko Madrid” və “Barselona” arasında İspaniya Primera Liqasının 29-cu turunun oyunu baş tutub.
DEFAKTO.az xəbər verir ki, görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Barselona”nın heyətində Joau Feliks (38-ci dəqiqə), Robert Levandovski (47) və Lopes Fermin (65) fərqlənib.
Qeyd edək ki, kataloniyalıların baş məşqçisi Xavi 42-ci dəqiqədə iki sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
“Barselona” 64 xal toplayaraq ikinci pilləyə yüksəlib. “Atletiko” 55 xalla beçinci yerdə qalıb.
Növbəti turda “Barselona” martın 30-da “Las Palmas”ı qəbul edəcək. “Atletiko Madrid” aprelin birində səfərdə “Vilyarreal”la qarşılaşacaq.