Xocalı şəhidləri olan – Əbdülov Zahidin anası və Əbdülov Yelmarın həyat yoldaşı Raya Əbilova 32 il əvvəl tərk etdiyi evinə geri dönüb.
Bu barədə “İTV xəbər” reportaj hazırlayıb.
Raya Əbilova illər öncə Xocalıda həm ömür-gün yoldaşını, həm də oğlunu itirib.
Onun oğlu Əbdülov Zahid Xocalıda itkin düşüb.
Uzun müddət Zahiddən heç bir xəbər gəlmədiyi üçün ona şəhid statusu verilib.
İllərlə oğlundan bir iz və ya xəbər gözləyən ana da onun əsirlikdə olmağındansa, güllələnməyini üstün tutub.
Həmin reportajı təqdim edirik: