AZƏRBAYCAN SÜLHSEVƏR ÖLKƏDİR | DEFAKTO.AZ AZƏRBAYCAN SÜLHSEVƏR ÖLKƏDİR – DEFAKTO.AZ

AZƏRBAYCAN SÜLHSEVƏR ÖLKƏDİR

31

Qürur hissi ilə qeyd etmək lazımdır ki, ulu öndərimizin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan söz və nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilir. Bu reallığı əks etdirən çoxsaylı faktlar mövcuddur. Bunlardan biri də Qoşulmama Hərəkatında nüfuzlu şəkildə təmsil olunmaqla bağlıdır. Bu beynəlxalq təşkilatla sıx əməkdaşlıq xalqımızın mənafeyini, müstəqil dövlətimizin inkişafını və perspektivlərini, ölkənin milli təhlükəsizliyinin təmin edilməsini müəyyənləşdirir.

  Azərbaycan öz Qələbəsi ilə bütün regionda yeni reallıq yaradıb. Bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir. Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana öz ərazilərində layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcək. Çünki bu gün biz artıq şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malikik. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Lakin buna baxmayaraq, biz Avrasiyada mühüm nəqliyyat və logistik hablardan birini yaratmağa nail olmuşuq. Biz qonşularımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamağa nail olmuşuq, o, 2017-ci ildə açılaraq Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfə verib.

  Eyni zamanda, biz Azərbaycanda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına investisiya yatırmışıq. Artıq bu yaxınlarda Finlandiyadan Hindistana ilk yüklər Azərbaycan ərazisindən çatdırılıb. Sözsüz ki, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə Azərbaycan vasitəsilə daşınacaq yüklərin həcmi artacaq. Basdırılmış minalar ərazidə bərpa-quruculuq işlərinin aparılmasını əsaslı şəkildə çətinləşdirir. Azərbaycan 10 min kvadratkilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıdır. Orada 100 minlərlə mina basdırılıb və müharibə başa çatdıqdan - 10 noyabr tarixindən bu günədək minalar səbəbindən 140 nəfər həlak olub və ya yaralanıb. O cümlədən iki jurnalistimiz həlak olub. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan digər müharibə cinayətləri də törədib. Onlar bizim şəhər və kəndlərimizi qadağan olunmuş sursatlarla, o cümlədən ağ fosforlu mərmilərlə atəşə tutublar. Bu, sübuta yetirilmiş faktdır. Bizim şəhər və kəndlərimizə qarşı “SCUD”, “Toçka-U” və “İsgəndər-M” tipli ballistik raketlərdən istifadə olunub və həmin müharibə cinayətləri nəticəsində 100-dən artıq dinc sakin qətlə yetirilib.
   Bütün regionda dayanaqlı sülhün bərqərar olmasına və beynəlxalq layihələrin inkişafına maneə olan amillərdən biri də Azərbaycan-Ermənistan sərhədində bəzi neqativ halların baş verməsidir. Əlbəttə uzun illər nəzarətsiz qalmış mühitdə hər şeyi asanlıqla yoluna qoymaq mümkün deyil. Prezidentin Avropa İttifaqının lideri ilə görüşündə anlaşıldığıkimi, Avropa İttifaqı sərhədlərin delimitasiyasına köməklik göstərməyə hazırdır. Bir sıra öhdəlikləri öz üzərinə götürməsi Azərbaycanın məsuliyyətli dövlət olmasından xəbər verir. Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır. Sərhədlərin delimitasiyası məsələsində də Avropa İttifaqı yaxından iştirak etməyə hazırdır.
  Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biri kimi cox mühüm məsələlərdən biri də ölkəmizin beynəlxalq terrorizmə və kütləvi qırğın silahlarının istifadəsinə qarşı mübarizədə fəal iştirak etməsidir. Bu sahədə dövlətimiz çoxtərəfli və ikitərəfli çərçivədə beynəlxalq əməkdaşlığa cəlb olunmuşdur. Beynəlxalq terrorizmə qarşı mübarizə ilə əlaqədar Azərbaycan bütün beynəlxalq təşəbbüslərə qoşulur və bu sahəyə dair müxtəlif  beynəlxalq tədbirlərdə layiqincə təmsil olunur.  Bəllidir ki, Rəsmi İrəvan hərbi cinayətkardır. Azad olunmuş ərazilərdəki dağıntılar beynəlxalq mediada geniş şəkildə təqdim edilib. İki müharibə arasındakı dönəmdə ermənilər işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, mədəni və dini irsini qəsdən məhv ediblər. Ağdam kimi böyük şəhər bu gün artıq mövcud deyil. Orada bir dənə də olsun salamat bina yoxdur. Füzuli kimi şəhər mövcud deyil. Cəbrayıl tamamilə dağıdılıb. Digər şəhərlər ermənilər tərəfindən qeyri-qanuni məskunlaşdırma üçün istifadə edilib ki, bunun özü də müharibə cinayətidir. Həmin məskunlaşdırma halları bəlli faktdır və etibarlı mənbələr tərəfindən təsdiq olunub.Bundan başqa,  nəhəng nəqliyyat infrastruktur layihələri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir.

   İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var. Bu gün daha miqyaslı əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Enerji təhlükəsizliyinin təmin olunması əməkdaşlığın əsas istiqamətlərindən biridir. Enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması qeyd olunmalıdır. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq.İndi bu  imkanlardan səmərəli istifadə etmək məqamı yetişib.  Bu yolda ölkəmizə başda Prezident cənab İlham Əliyev olmaqla uğurlar arzulayırıq. 

Ələkbər Niftiyev, Cəlilabad rayon təhsil şöbəsinin əməkdaşı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir