Lavrovla Kerri arasında telefon danışığı oldu | DEFAKTO.AZ Lavrovla Kerri arasında telefon danışığı oldu – DEFAKTO.AZ

Lavrovla Kerri arasında telefon danışığı oldu

71

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri arasında telefon danışığı olub.

“Defakto.az” xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon söhbəti zamanı Kerrinin Moskvaya səfərinin nəticələri, ətraf mühit sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın əhəmiyyəti və Qlazqo şəhərində keçirilməli olan Birləşmiş Millətlər Təşkilatının “COP26” adı ilə tanınan İqlim Dəyişikliyi Konfransı müzakirə edilib.

Qeyd edək ki, 2020-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilməli olan noyabr zirvəsi COVID-19 pandemiyası səbəbindən təxirə salınmışdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir