Olimpiya Oyunlarının şüarı dəyişdirildi | DEFAKTO.AZ Olimpiya Oyunlarının şüarı dəyişdirildi – DEFAKTO.AZ

Olimpiya Oyunlarının şüarı dəyişdirildi

7

Olimpiya Oyunlarının şüarı Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Yaponiyanın paytaxtı Tokioda keçirilən iclasında dəyişdirilib.

Defakto.az xəbər verir ki, bu, IOC prezidenti Tomas Bax tərəfindən təklif olunub.

Olimpiya şüarı belə səslənəcək: “Birlikdə – daha sürətli, daha yüksək və daha güclü”!

“Daha sürətli, daha yüksək, daha güclü” şüarı 1894-cü ildə təsdiqlənib. Tomas Bax bu dəyişikliyi əlamətdar hadisə hesab edib.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul – 8 avqustda keçiriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir