Bakıda dəhşətli qəza: Avtomobil yaşlı kişini sürüyərək yolun kənarına atdı – VİDEO | DEFAKTO.AZ Bakıda dəhşətli qəza: Avtomobil yaşlı kişini sürüyərək yolun kənarına atdı – VİDEO – DEFAKTO.AZ

Bakıda dəhşətli qəza: Avtomobil yaşlı kişini sürüyərək yolun kənarına atdı – VİDEO

7

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

DEFAKTO.az xəbər verir ki, hadisə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində 102 ünvanında qeydə alınıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, qəza zamanı avtomobil motosiklet ilə toqquşub. Zərbənin təsirindən avtomobil motosiklet sürücüsünü bir neçə metr sürüyərək yolun kənarına atıb. Kuryer fəaliyyəti göstərən motosiklet sürücüsü xəsarət alıb. 

Avtomobilin sürücüsü isə hadisə yerini tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən DEFAKTO.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid