Yaponiyada bir salxım üzüm 13 min dollara satıldı | DEFAKTO.AZ Yaponiyada bir salxım üzüm 13 min dollara satıldı – DEFAKTO.AZ

Yaponiyada bir salxım üzüm 13 min dollara satıldı

90

Yaponiyanın Kanadzava şəhərində keçirilən hərracda “Ruby Roman” (“Roma yaqutu”) növündən olan bir salxım üzüm rekord qiymətə, 1,4 milyon yenə (təqribən 12,7 min ABŞ dolları) satılıb.

Bu barədə “Kyodo” agentliyi xəbər verib.

Bu il salxımı supermarketlər şəbəkəsinin sahibi alıb. Hərracda qoyulan şərtlərə görə, üzümün hər giləsinin diametri 3 santimetrdən böyük və tərkibində şəkərin miqdarı 18 faizdən yuxarı olmalıdır.

“Ruby Roman” dünyada ən bahalı üzüm növü hesab edilir. Yapon seleksiyaçılar həmin üzüm növünü 1994-cü ildə əldə etsələr də, o, yalnız 2008-ci ildə satışa çıxarılıb. Bu üzüm növü yaqut rəngi ilə seçilən, iri və şirəli çox dadlı meyvələrə malikdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir