Aİ bu il Ukraynaya 21 milyard avro hərbi yardım ayıracaq | DEFAKTO.AZ Aİ bu il Ukraynaya 21 milyard avro hərbi yardım ayıracaq – DEFAKTO.AZ

Aİ bu il Ukraynaya 21 milyard avro hərbi yardım ayıracaq

5


Avropa İttifaqı ölkələri 2024-cü ildə Ukraynaya 21 milyard avro həcmində hərbi yardım göstərmək niyyətindədirlər.

Bunu Avropa Komissiyasının rəhbərinin birinci müavini Valdis Dombrovskis Kiyevə səfəri zamanı bildirib.

Onun bəyanatını Avropa Komissiyasının mətbuat xidməti yayıb.

Qeyd olunub ki, bu rəqəm yarımçıq məlumatlara əsaslanır, ona görə də faktiki məbləğ daha da çox ola bilər.

Vurğulanıb ki, Avropa Komissiyası martın sonuna qədər Kiyevə 4,5 milyard avro ayırmaq niyyətindədir.

Mənbə: TASS