“Şərur” mtk-nın Mətbuat Xidməti Tünzalə İsmayılova iş adamı isfəndiyar Axundovun Bakıda kolleci satın alması məsələsinə aydınlıq gətirdi.
Öncəliklə onu qeyd edim ki, yazıda İsfəndiyar Axundov “bu ilin martından kollecin qanuni varisirdir, kolleci söküb yerində yaşayış binası tikəcək” kimi fikirləri kökündən yalandır. Ümumiyyətlə “Qaynarinfo”nun “Şərur” MTK və rəhbəri İ.Axundova qarşı hər zaman qərəzli, yalan və araşdırılmadan yazılar yayımlaması mən deyərdim ki, jurnalistika prinsiplərinə ziddir!
“Qaynarinfo” nun əməkdaşı Xırdalan şəhərində “Şərur” mtk tərəfindən tikilməkdə olan binaya yaxınlaşıb və İsfəndiyar Axudova “20 dəfə telefon zəngi edib ki, gəl görüşək” İ.Axundov isə zamanının olmadığını deyib. İstədiyini əldə edə bilməyən “jurnalist” bu zaman sinirlənib ” Gör indi nələr yazacam” deyərək şər və böhtan xarakterli yazı yazmağa qərar verib.
Bu məsələyə gəlincə isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxiektura Komitəsinin 30 noyabr 2020 -ci il tarixli 34 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, kollecin istifadəsində olan torpaq sahəsində 360 yerlik məktəb binası və 100 yerlik uşaq bağçasının tikintisinə icazə verilmişdir.
Sərəncamı sizə təqdim edirəm.
Home Araşdırma “Qaynarinfo” nun əməkdaşı İsfəndiyar Axudova “20 dəfə telefon zəngi edib ki, gəl görüşək”
Araşdırma
“Qaynarinfo” nun əməkdaşı İsfəndiyar Axudova “20 dəfə telefon zəngi edib ki, gəl görüşək”
By Defakto.azMar 06, 2024, 10:46 səhər
192