Balaca uşaq gəlinciyin saçına görə barmağını itirəcəkdi – FOTO | DEFAKTO.AZ Balaca uşaq gəlinciyin saçına görə barmağını itirəcəkdi – FOTO – DEFAKTO.AZ

Balaca uşaq gəlinciyin saçına görə barmağını itirəcəkdi – FOTO

4

Moskvada iki yaşlı qız gəlinciklə uğursuz oyundan sonra barmağını itirmə təhlükəsi ilə üzləşib.

Bu barədə “BAZA” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, uşaq oyun oynayarkən gəlinciyin saç teli onun barmağının falanqasına dolanıb. Uşaq bir neçə gün bu halda gəzib. Saç teli nazik olduğundan ailə üzvləri bunu dərhal görməyib. Görəndə isə gec olub: Uşaq təcili şəkildə  xəstəxanaya yerləşdirilib. Ona “tük jqutu sindromu” diaqnozu qoyulub.

Saç teli səliqə ilə götürülüb, barmağı isə xilas etmək mümkün olub.

Həkimlərin sözlərinə görə bir az da gec olsaydı, uşağın barmağı amputasiya olunacaqdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir