Ərdəbilin Xiyav (Meşkinşəhr) şəhərində mağaza qarşına soyuq su mənbəyi quraşdırıb, üzərinə “Babək Xürrəminin ehsanı” yazdığına görə İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat İdarəsi) qüvvələri mağazanın müdiri Qədəm Paşazadəyə zorakılıqla hücum edərək saxlayıblar.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, mağazanın repressiv qüvvələr tərəfindən bağlanıldığı və su mənbəyinin də müsadirə olunduğu bildirilir.
Qeyd edək ki, Paşazadələr ailəsi Azərbaycan ədəbiyyatında öz poeziyası və görkəmli şairləri ilə məşhurdur.