FIFA prezidenti futbolda yeni cəzaya qarşı çıxdı: “Əsla olmaz!” | DEFAKTO.AZ FIFA prezidenti futbolda yeni cəzaya qarşı çıxdı: “Əsla olmaz!” – DEFAKTO.AZ

FIFA prezidenti futbolda yeni cəzaya qarşı çıxdı: “Əsla olmaz!”

9


Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino futbolda kobud qayda pozuntularına görə yeni cəza üsuluna qarşı çıxıb.

Bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

“FIFA qəti şəkildə mavi vərəqələrə qarşıdır. Əsla olmaz”, – deyə İnfantino bildirib.

Xatırladaq ki, yaxın gələcəkdə mavi vərəqə şəklində yeni intizam tənbehi növünün tətbiq oluna biləcəyi barədə məlumatlar yayılıb. Bu kart oyunçulara qəsdən qayda pozuntusuna və ya matç rəsmisi ilə fikir ayrılığına görə göstərilə bilər. Bundan sonra oyunçuları 10 dəqiqə meydandan kənarlaşdırmaq nəzərdə tutulur.

Mənbə: Sovsport.ru