Türkiyəyə istirahətə gedən müğənni koronavirusa yoluxdu: Oteldə karantinə alındı | DEFAKTO.AZ Türkiyəyə istirahətə gedən müğənni koronavirusa yoluxdu: Oteldə karantinə alındı – DEFAKTO.AZ

Türkiyəyə istirahətə gedən müğənni koronavirusa yoluxdu: Oteldə karantinə alındı

4

Türkiyəyə istirahətə gedən tanınmış müğənni Çinarə Məlikzadənin koronavirus testi pozitiv çıxıb.

Bu haqda AZXEBER.COM-a müğənni özü məlumat verib. 

O bildirib ki, Türkiyənin Marmaris şəhərinə istirahətə yollanıb və orada koronavirusa yoluxub: “İyun ayının 28-i istirahət üçün Marmarisə gəldim, ayın 5-i Bakıya dönməli idim. Uçuşa 1 gün qala koronavirus testi verdim və testin nəticəsi pozitiv çıxdı. Bu səbəbdən də 8 gündür ki, oteldə karantindəyəm”.

Müğənni özünü yaxşı hiss etdiyini deyib: “Pozitiv çıxandan sonra 2 dəfə test vermişəm və nəticə neqativ olub. Özümü yaxşı hiss edirəm. Ancaq Türkiyə qanunlarına görə hələ bir neçə gün də karantində qalmalıyam. Bu gün yenidən test götürəcəklər”. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir