Bakıda 51 yaşlı kişini avtomobil vuraraq öldürüb | DEFAKTO.AZ Bakıda 51 yaşlı kişini avtomobil vuraraq öldürüb – DEFAKTO.AZ

Bakıda 51 yaşlı kişini avtomobil vuraraq öldürüb

7


Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

DEFAKTO.az xəbər verir ki, hadisə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.

Azad Fərahim oğlu Mirzəyev idarə etdiyi “Mercedes Benz E 220” markalı avtomobillə yolu soldan sağa keçən piyada 1973-cü il təvəllüdlü Habil Əlövsət oğlu Rəhimovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, ibtidai istintaq aparılır.