Prezident İlham Əliyev: “Gələn il Ağdama ilk köç başlanacaq” | DEFAKTO.AZ Prezident İlham Əliyev: “Gələn il Ağdama ilk köç başlanacaq” – DEFAKTO.AZ

Prezident İlham Əliyev: “Gələn il Ağdama ilk köç başlanacaq”

5


“Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq”.

DEFAKTO.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Bu il həm Xocalıda, həm də Xankəndidə həyatın bərpa olunacağını qeyd edən dövlətimizin başçısı deyib:

“Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək. Ağdam şəhəri bərpa olunur və gələn il Ağdama da ilk köç başlanacaq. Yəni quruculuq işləri geniş vüsət alır”.