Bakıda avtomobil aşıb: Xəsarət alanlar var – FOTO | DEFAKTO.AZ Bakıda avtomobil aşıb: Xəsarət alanlar var – FOTO – DEFAKTO.AZ

Bakıda avtomobil aşıb: Xəsarət alanlar var – FOTO

12


Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

DEFAKTO.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

“Mitsubishi” markalı avtomobili idarə edən sürücü idarəetməni itirib. Maşın əvvəlcə yolayrıcındakı işıq dirəyinə dəyib. Zərbənin təsirindən avtomobil bir neçə dövrə vuraraq aşıb.

Qəza nəticəsində sürücü və sərnişin ağır xəsarət alıblar.

Fakt üzrə Nərimanov Rayon Polis İdarəsi tərəfindən avtotexniki ekspertiza təyin edilib.