Azərbaycan XİN Tacikistana başsağlığı verdi | DEFAKTO.AZ Azərbaycan XİN Tacikistana başsağlığı verdi – DEFAKTO.AZ

Azərbaycan XİN Tacikistana başsağlığı verdi

48

Azərbaycan Xarici İşlər Nazirliyi Tacikistanda baş verən zəlzələ nəticəsində 5 nəfərin həyatını itirməsi ilə bağlı bu ölkəyə başsağlığı verib.

Xarici İşlər Nazirliyi bununla bağlı “Tvitter” səhifəsində paylaşım edib.

“Tacikistanda 5 nəfərin ölümü ilə nəticələnən zəlzələ ilə bağlı xəbər bizi kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik”, -deyə paylaşımda bildirilir

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07.14 radələrində Tacikistanın paytaxtı Düşənbədən 165 km şimal-şərqdə Rəşt rayonundan 21 km şərqdə 6 bal gücündə zəlzələ olub. Zəlzələnin gücü episentrdə 6 bal, Düşənbədə 3 bal olub.

Zəlzələ nəticəsində Tacikabad rayonunun Lanqari kəndində 5 nəfər ölüb. Rəşt rayonunun Xicborak kəndində isə 2 yeniyetmə xəsarət alıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir