Naxçıvanda piyadanı maşın vurub | DEFAKTO.AZ Naxçıvanda piyadanı maşın vurub – DEFAKTO.AZ

Naxçıvanda piyadanı maşın vurub

20


Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DEFAKTO.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Elnur Rafiq oğlu Abbasovu vurub.

Hadisə nəticəsində piyada baş nahiyəsindən xəsarət alıb, həmçinin ayağı qırılıb.

O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.