UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.
İlk oyunda doğma meydanda “Renn”ə 3 cavabsız qol vuran “Milan” səfər matçında məğlubiyyətlə üzləşib – 3:2.
Oyunda hesabı ev sahibləri açıblar. 11-ci dəqiqədə Burijo qapını dəqiq nişan alıb. “Milan”ın cavabı çox kecikməyib. 22-ci dəqiqədə Yoviç hesabı bərabərləşdirib.
54-cü dəqiqədə Burijo penaltidən dubla imza atıb. 4 dəqiqə sonra “Milan” Leaonun qolu ilə yenidən hesabda bərabərlik yaradıb.
68-ci dəqiqədə Burijo daha bir penaltini qola çevirərək het-trikini rəsmiləşdirib.
Beləliklə də, “Milan” məğlub olsa da, iki oyunun nəticəsinə görə (3:5) 1/4 finala vəsiqə qazanıb.