Ramanada susuz qalan sakinlər etiraz etdilər – VİDEO | DEFAKTO.AZ Ramanada susuz qalan sakinlər etiraz etdilər – VİDEO – DEFAKTO.AZ

Ramanada susuz qalan sakinlər etiraz etdilər – VİDEO

5


Sabunçu rayonu, Ramana qəsəbəsi, Tural Əsgərli küçəsindəki sosial binaların sakinləri su problemindən şikayətçidirlər.

Onların sözlərinə görə, su xətlərində tez-tez nasazlıq yaranır və bu səbəbdən ətrafı su basır:

“Bura həmişə göl kimidir, keçmək mümkün olmur. Xətdə problemlər olduğu üçün tez-tez susuz qalırıq. Su kəsiləndə kombi işləmir, soyuqdan donuruq. Evdə körpə var, qoca var. Dəfələrlə şikayət etmişik. Su xətlərinin işıq kabellərinə yaxın olması da bizi narahat edir”.

Məsələ ilə bağlı “Azərsu”dan bildirilib ki, sosial evlər yanvar ayından qurumun xidmətinə verilib:

“Xətlərdə qəzanın baş verdiyi müşahidə olunub. Qəza zamanı hadisə yerinə müdaxilə olunur, problemin qarşısı alınır. Problemli su xəttinin təftiş olunması, gələcəkdə onun əsaslı təmiri planlaşdırılır”.

Ətraflı Baku TV-nin süjetində: