NATO müttəfiqləri olan Türkiyə, Albaniya, Polşa, İspaniya və Böyük Britaniyanın çevik reaksiya qüvvələrini sınaqdan keçirmək üçün texnikalar Polşaya yerləşdirilir.
Oxu.Az-ın məlumatına görə, bu barədə NATO-nun yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, müttəfiq ölkələrin çevik hərbi maşınları hava, quru və dəniz yolu ilə sürətlə Polşaya gətirilir.
Qeyd edək ki, Polşada (25 fevral – 14 mart) Polşa tank süvari diviziyasının iştirakı ilə “Dragon-24 manevri” olacaq. Bu manevr “Brilliant Jump’24” adlı təlimlə birləşdiriləcək. Tədbirin “Dravsko Pomorske” poliqonunda keçirilməsi planlaşdırılıb.