Biləsuvarda əkin sahəsində “Kalaşnikov” avtomatı aşkarlanıb – FOTO | DEFAKTO.AZ Biləsuvarda əkin sahəsində “Kalaşnikov” avtomatı aşkarlanıb – FOTO – DEFAKTO.AZ

Biləsuvarda əkin sahəsində “Kalaşnikov” avtomatı aşkarlanıb – FOTO

11


Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisindəki əkin sahəsinin yaxınlığından silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan bir ədəd “Kalaşnikov” konstruksiyalı avtomat və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.