Həmyerlimiz Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb | DEFAKTO.AZ Həmyerlimiz Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb – DEFAKTO.AZ

Həmyerlimiz Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb

19


Həmyerlimiz Amil Səlimov Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Amil Səfərovla eyni partiyadan olan deputatlardan birinin fəaliyyətinə xitam verildiyi üçün həmyerlimiz partiya siyahısından seçilərək onu əvəzləyir.

Hər iki valideyni azərbaycanlı olan, 38 yaşlı həmyerlimiz Latviyada anadan olub, təhsilini də həmin ölkədə alıb.

Amil Səlimov, həmçinin Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə sabiq kordinatorudur.

Qeyd edək ki, Latviya parlamentinə sonuncu seçkilər 2022-ci il oktyabrın 1-də keçirilib.