Ermənistan XİN rəsmisi: “Azərbaycanla sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir” | DEFAKTO.AZ Ermənistan XİN rəsmisi: “Azərbaycanla sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir” – DEFAKTO.AZ

Ermənistan XİN rəsmisi: “Azərbaycanla sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir”

5


“Ümid edirik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bütün məsələlərin müzakirə olunacağı görüş baş tutacaq”.

Ermənistan mətbuatında yayılan məlumata görə, bunu ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə açıqlamasında deyib.

O, Ermənistanın Azərbaycanın sülh müqaviləsi ilə bağlı tövsiyələrinin son variantını aldığını bildirib və əlavə edib ki, hazırda nazirlərin başçılıq etdiyi nümayəndə heyətləri arasında sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir:

“Bu yaxınlarda Münxendə Ermənistan və Azərbaycan liderləri arasında görüşün baş tutmasını müsbət hesab etmək olar. Lakin son nəticədə biz görüşlərdən və müzakirələrdən daha praktiki hərəkətlərə və danışıqlarda əldə edilmiş razılaşmalara keçməliyik”, – deyə o vurğulayıb.

V.Kostanyan bildirib ki, Ermənistan tərəfi Azərbaycanla münasibətləri normallaşdırmağa hazırdır.