Gürcüstanda 50-dən çox QHT rəhbəri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat qəbul edib | DEFAKTO.AZ Gürcüstanda 50-dən çox QHT rəhbəri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat qəbul edib – DEFAKTO.AZ

Gürcüstanda 50-dən çox QHT rəhbəri Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat qəbul edib

9


Gürcüstanda fəaliyyət göstərən 50-dən çox Qeyri-Hökumət Təşkilatı və 10-dan çox ölkənin ictimai-siyasi və din xadimləri Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edib.

“DEFAKTO.az”un yerli bürosu xəbər verir ki, Gürcüstandakı “Azərbaycan Evi”nin təşəbbüsü ilə bu ölkənin baş nazirinə, prezidentinə, parlamentinə, XİN rəhbərinə, Ombudsmana, diplomatik korpusların rəhbərlərinə, eləcə də BMT-nin və Avropa Şurasının Tbilisi ofislərinə, UNİCEF-ə, ATƏT və digər beynəlxalq qurumlara məktub ünvanlanıb.

Gürcüstandakı “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov bildirib ki, bəyanatın əsas məqsədi 32 il öncə Ermənistan tərəfindən Xocalıda xalqımıza qarşı törədilənlərin soyqırımı aktı kimi qəbul edilməsidir:

“Biz hər zaman bölgədə sülhün və əmin-amanlığın tərəfdarı olmuşuq. İnsanlığa qarşı törədilən qətliamların əleyhinə olaraq, eyni zamanda Ermənistana bölgədə sülhün bərqərar olması üçün çağırış edirik”.