“Bu il ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP 29) ev sahibliyi etməsi, ölkəmizin yaşıl iqtisadiyyata keçid strategiyasının davamıdır”.
“DEFAKTO.az” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
O əlavə edib ki, bərpa olunan enerji sahəsində Yaponiyanın ölkəmizlə əməkdaşlığı daha da inkişaf etdirəcəyinə inanır.
Nazir müavini vurğulayıb ki, əməkdaşlığın digər vacib sahələrindən biri də humanitar sahədə inkişaf edən əlaqələrdir:
“Yaponiyanın humanitar təşkilatları ölkəmizdə təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sosial sahələrdə müxtəlif layihələr həyata keçirir. Son illər ikitərəfli münasibətlərimizdə regionlararası əlaqələr də xüsusi yer tutur. Azərbaycanın İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri, Bakı şəhərinin Xətai rayonu ilə Yaponiyanın Şika şəhəri arasında qurulmuş münasibətlər, həmçinin Ağdam və Hiroşima, Qarabağın mədəniyyət beşiyi Şuşa ilə Okayama şəhərləri arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində davam edən fəaliyyət buna misaldır”.