Sumqayıt şəhər, Hacı Zeynalabdin qəsəbəsinin Əliağa Vahid küçəsi bərbad vəziyyətdədir.
Bu barədə DEFAKTO.az-a orada yaşayan sakinlər şikayət ünvanlayıblar.
Onların sözlərinə görə, şagirdlər çətin vəziyyətdə məktəbə gedirlər:
“Şagirdlər palçıqlı yolla məktəbə getməyə məcburdurlar. İkinci növbə təhsil alan şagirdlər isə dərsdən evə qayıdanda telefon işığı və fənərlərdən istifadə edirlər. Çünki küçə işıqlandırılmır”.
Valideynlər qeyd ediblər ki, küçənin işıqlandırılması üçün üç-dörd il bundan əvvəl işlər görülsə də, yarımçıq qalıb.
İlhamə Əbülfət